AZ

İsraildə otellərdə gecələyən turistlərin sayı kəskin azalıb

2024-cü ilin ilk on ayında xarici turistlərin İsraildə otellərdə gecələmələrinin sayı 78,5 faiz azalıb. 

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu, İsrail Mərkəzi Statistika Bürosunun hesabatında yer alıb.

Hesabata görə, yanvar-oktyabr aylarında İsraildə mehmanxanalarda cəmi 1,61 milyon gecələmə qeydə alınıb. Halbuki 2023-cü ilin eyni dövründə onların sayı 7,5 milyona çatıb.

2024-cü ilin oktyabrında İsrail otellərində 114,7 min turist gecələməsi qeydə alınıb. Baxmayaraq ki, 2023-cü ilin oktyabrında bu rəqəm 673 min nəfər olub.

Gülşən Şərif

Seçilən
28
1
bakivaxti.az

2Mənbələr