AZ

Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclisin sabiq deputatı Vladimir Timoşenko məhkəməyə verilib.
Modern.az-ın "Elektron Məhkəmə Portalı"ndan əldə etdiyi məlumata görə, "Azəristiliktəchizat" ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timoşenkonun qarajı olub. Belə ki, "Azəristiliktəchizat" ASC qarajın qanunsuz olduğunu bildirib və sabiq deputatdan obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.
81 yaşlı Timoşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
Timoşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.
Seçilən
25
6
oxu.az

7Mənbələr