Yazıçı Barbara Bredford 91 yaşında vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Onun adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.
Bredford 1933-cü ildə İngiltərədə anadan olub.
Onun ilk romanı "Sərvət qadını" 1979-cu ildə nəşr olunub və 30 milyon nüsxədən çox satılaraq uğur qazanıb.
1984-cü ildə roman Britaniya televiziyasında lentə alınıb. Kitab əsasında hazırlanmış mini-seriala 13,8 milyon insan baxıb.
Ümumilikdə Bredford 40 roman yazıb.