AZ

İran və Avropa ölkələri arasında iclas keçiriləcək

İran, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinləri noyabrın 29-da İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün görüşəcəklər.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, üç Avropa ölkəsi ilə yeni danışıqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik iclası zamanı aparılan danışıqların davamıdır.

 "Görüşdə Fələstin və Livan problemləri kimi regional və beynəlxalq məsələlər, İranın nüvə proqramı ilə bağlı inkişaflar ətraflı şəkildə müzakirə ediləcək" - Bekayi vurğulayıb.

Seçilən
11
manset.az

1Mənbələr