Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Tailandilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 3,7 dəfə artaraq 298,1 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Tailanda ixrac: 234,2 milyon dollar (+8,9 dəfə)
Tailanddan Azərbaycana idxal: 63,8 milyon dollar (+18 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tailand ilə ticarətin payı 0,75 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi