Xəbər verildiyi kimi, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barədə axtarış qərarı verib.
Barəsində axtarış qərarı verilən nazirin gələn həftə ABŞ-yə səfər edəcəyi bildirilib.
“Cebheinfo.az” xəbər verir ki, İsrail mətbuatında çıxan xəbərlərdə Qallantın dekabrın 1-də Vaşinqtona getməyi planlaşdırdığı qeyd edilib.
Qallant səfəri çərçivəsində Ağ Ev və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşəcək. Bu, BCM-nin onun barəsində həbs qərarı çıxardıqdan sonra Qallantın xaricə ilk səfəri olacaq.
Qeyd edək ki, Qallant noyabrın 5-də uzun müddətdir anlaşmazlıq içində olduğu Baş nazir Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilib.
Beynəlxalq Cinayət Məhkəməsi noyabrın 21-də Netanyahu və Qallantın Qəzza zolağında törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib. Başda ABŞ Prezidenti Cozef Bayden olmaqla Vaşinqton administrasiyası məhkəmənin qərarını tənqid edib.