AZ

Azərbaycanın məhv etdiyi Monte - Ermənilərin “milli faciə” saydığı HADİSƏ

Ermənstan mətbuatı Qarabağda məhv edilmiş məşhur terrorçu Monte Melkonyanın ölümünü “milli faciə” adlandırır.

Modern.az saytının məlumatına görə, Ermənistan KİV-ləri bu günlərdə Melkonyanın 67 illiyi ilə əlaqədar geniş məqalələr dərc edib. Bu məqalələrdə Qarabağ müharibəsi zamanı “Avo” terrorçu dəstəsinə rəhbərlik etmiş Montenin keçdiyi həyat yolundan bəhs olunub.

Həmin yazılarda jurnalistlər Monte Melkonyanın “Qarabağı itirsək, erməni tarixinin son səhifəsini bağlayacağıq” xəbərdarlığını xatırladaraq, bundan nəticə çıxarmadıqlarını təəssüflə ifadə ediblər.

“Onun ölümü milli faciəyə çevrildi”, - deyə Ermənistan KİV-lərindəki məqalələrdə  bildirilib.

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub.

1992-ci ilin yanvarında Monteyə Xocavənd bölgəsindəki separatçıların silahlı qüvvələrinin komandiri vəzifəsi həvalə edilib. 1993-cü ilin aprel ayında məhz onun rəhbərliyi altında Kəlbəcər rayonu və Ömər aşırımı işğal edilib.

Monte Melkonyan 1993-cü il iyunun 12-də Ağdam yaxınlığındakı Mərzili kəndində xüsusi əməliyyat zamanı məhv edilib. Terrorçu İrəvandakı “Yerablur” hərbi panteonunda basdırılıb.

Erməni KİV-ləri Kəlbəcərin 2020-ci il noyabrın 25-də - məhz onu işğal edən Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılmasını da təəssüflə qeyd ediblər.

Seçilən
28
modern.az

1Mənbələr