Böyük Britaniya Rusiya ilə əlaqəsi olan 30 gəmiyə qarşı sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, müvafiq sənəd Britaniya hökumətinin saytında dərc olunub.
Noyabrın 19-da Böyük Britaniya Krım və Zaporojye vilayətinin təhsil nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına həmçinin “Yunarmiya” hərbi-vətənpərvərlik ictimai hərəkatı və “Avanqard” hərbi-vətənpərvərlik tərbiyəsi mərkəzi də daxildir.