AZ

Suriyada hərbçilərə hücum olub, 11 nəfər yaralanıb

Suriyada hərbçiləri daşıyan avtobus naməlum şəxslərin hücumuna məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sham FM" radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident Homs və Masyaf şəhərlərini birləşdirən magistral yolda baş verib.

Hücum partlayıcı qurğu vasitəsilə həyata keçirilib.

İlkin məlumatlara görə, hücum nəticəsində 11 hərbçi yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Seçilən
22
operativmm.az

1Mənbələr