AZ

Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"

Cənub bölgəsində yeni və böyük bir su anbarı tikilməlidir.

Bunu deputat Cavanşir Paşazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ölkəmizin digər bölgələrində olduğu kimi, cənub zonasında da içməli su ilə bağlı böyük problemlər var. Təbii ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su vacibdir. Sututarlar çox köhnədir. Kəndlərdə olan sututarlar sıfıra bərabərdir. Ən böyük sututarlar Xanbulançay və Viləşçaydır ki, onlar da sabiq prezident Heydər Əliyevin mərkəzi komitənin I katibi işlədiyi vaxt onun tapşırığı ilə tikilib. Hazırda bu sutututarlar kənd təsərüüfatı məhsulların yetişdirilməsi üçün yetərli deyil. Hazırda bölgədə yeni və böyük bir su anbarı tikilməsi vacibdir. Nəzərə alsaq ki, bölgə yağışlı zonada yerləşir, bundan istifadə edərək bölgədə su anbarının tikilməsi vacibdir. Hazırda mövcud sututarların da ətrafnda da turizm obyektləri və restoranlar tikilib, onlar da maneəçiliklər törədir", - deyə o qeyd edib.

Seçilən
6
1
sam.az

2Mənbələr