AZ

Madaqaskarda qayıqlar çevrildi: 22 somalili öldü

Madaqaskarda qayıqların çevrilməsi nəticəsində ən azı 22 somalili ölüb.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Somalinin informasiya naziri Daud Aveis açıqlama verib.

Onun sözlərinə görə, qayıqlar noyabrın 2-də Somalidən Fransa Hind okeanının Mayotte ərazisinə, bir neçə yüz kilometrlik səyahətə yola düşüb.

"Cümə günü yerli balıqçılar Nosy Iranja yaxınlığında üzən ilk qayığı aşkar ediblər. Onlar 10 kişi və 15 qadın da daxil olmaqla, 25 nəfəri xilas ediblər, lakin oradakı 7 nəfər ölüb. İçərisində 38 nəfərin olduğu ikinci qayıqda ölənlərin sayı açıqlanmasa da, 23 nəfər xilas olunub".

Gülşən Şərif

Seçilən
31
bakivaxti.az

1Mənbələr