AZ

TDT ölkələrinin elm-təhsil sahəsində əməkdaşlığı zəruridir

Respublikanın digər bölgələrində olduğu kimi, Cənub bölgəsində də əhalinin su çatışmazlığı problemi var.

SeherXeber.org xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, Cənub bölgəsinin əsas sututarları köhnədir və onların yenidən qurulmasına ciddi ehtiyac var. “Əsas sututarlar Xanbulan və Viləşçay su anbarlarıdır. Lakin bu su anbarları da köhnə olduğundan əhalinin nə içməli, nə də kənd təsərrüfatı sahəsində çeşidli məhsulların yetirşdirilməsi üçün yetərli su ehtiyatına və imkanına malikdir. Digər bir problem isə ondan ibarətdir ki, mövcud su anbarlarının ətrafındakı turizm obyektləri, restoran sahibləri insanlara kənd təsərrüfatı sahəsini suvarmaya ciddi maneələr yaradırlar. Aidiyyəti qurumlar bu problemin aradan qaldırılmasına diqqət yetirsə yaxşı olar”, - o qeyd edib.

Deputat əlavə edib ki, Cənub bölgəsində mövcud sututarlar köhnə olduğundan və mövcud problemin həlli üçün  müasir dövrün tələbinə cavab vermədiyindən yeni iri su anbarının tikintisinə ciddi ehtiyac var. “Hesab edirəm ki, ildə 2-3 kəndin su problemini həll etməklə yaxın bir neçə ildə su problemini aradan qaldırmaq olar. 

Hökumətə digər təklifim ondan ibarətdir ki, kənd təsərrüfatı ilə məşğul olan əhalinin yetişdirdiyi məhsulun rahat bazara çıxışına imkanlar yaratmasını təmin etsin. Çünki əhali yetişdirdiyi məhsulu bazara çıxara bilmədiyindən onun məhsulunu alverçilər çox ucuz qiymətə alır və bu da kənd əhalisinin kənd təsərrüfatı məhsulu yetişdirməyə marağını azaldır. Hesab edirəm ki, aidiyyəti qurumlar əhalinin bazara çıxışına əlçatnalığı təmin etməlidir. Bu problem həllini tapsa yaxşı olar”, - deputat qeyd edib.

Mürtəza

SeherXeber.org

Seçilən
12
seherxeber.org

1Mənbələr