Misir sahillərində batan turist yaxtasından 30-a yaxın insan xilas edilib
Misir sahillərində batan “Sea Story” turist yaxtasından 28 nəfər xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Qırmızı dəniz əyalətinin qubernatoru Əmr Hənəfi bildirib.
Hazırda itkin düşən 17 nəfərin axtarışları davam etdirilir. Hənəfi axtarış-xilasetmə əməliyyatına bir təyyarənin cəlb edildiyini bildirib.
Göyərtəsində 30-dan çox turistin olduğu "Sea Story" yaxtası noyabrın 25-də səhər tezdən Misirin Marsa Alam sahillərində Qırmızı dənizdə batıb.
Gəmidə müxtəlif ölkələrdən 31 turist və 14 ekipaj üzvü olub.
Hadisənin səbəbi hələlik məlum deyil.
Əfsanə Kamal
Demokrat.az