AZ

Ermənistan KTMT-nin Astana sammitində iştirakdan imtina edib

Ermənistan noyabrın 28-də Astanada keçiriləcək KTMT tədbirlərində iştirak etməyəcək, lakin İrəvan bu görüşlərdə nəzərdə tutulan sənədlərin qəbuluna etiraz etmir.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev “RİA Novosti”yə bildirib.

“Təəssüf ki, erməni həmkarlarımız bu tədbirdə şəxsən iştirak etməkdən imtina etdilər. Eyni zamanda, onlar təsdiq edilməli olan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, – Vasilyev deyib.

Noyabrın 28-də Astanada əvvəlcə Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammiti keçiriləcək.

Azpost.info

 

Seçilən
13
8
azpost.info

10Mənbələr