AZ

Gürcüstan vətəndaşını, etnik azərbaycanlını Yerevanda təyyarədən buraxmayıblar

Gürcüstanlı tanınmış fəal Samirə Bayramovanı Yerevanda təyyarədən buraxmayıblar. O, WAW aviaşirkətinin reysilə Tbilisiyə uçurmuş, lakin pis hava şəraitinə görə təyyarə Yerevana məcburi eniş edib.

Bayramova (etnik azərbaycanlı) Tvitter hesabında yazıb ki, sərhədçilər ona deyiblər ki, "sizin milliyyətiniz problemdir".

"Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun deyil".

O qeyd edib ki, "təəssüf ki, Azərbaycan tərəfi də etnik ermənilərə belə yanaşır. Niyə biz bu problemin bir hissəsi olmalıyıq?"

Seçilən
12
turan.az

1Mənbələr