“Bakı Metropoliteni” QSC “"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının, dünya istehsalçılarının müxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqların komponent səviyyədə zəmanətli təmiri və mikrikontrollerlərin proqramlaşdırılması işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Road-Pro” MMC olub.
Qalib şirkətə 1 039 415 manat ödəniləcək.