AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının IV turunda keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.
"Sabah"a bu dəfə yerli məşqçi
“Sabah” Renduliçi göndərdi - Rəsmi
Azərbaycan-Rusiya matçı üçün millimizin heyəti açıqlanıb
Millimizin heyətində dəyişiklik edilib
Berdıyev "Turan"dan gedir?