Böyük Britaniya Rusiyanın “kölgə donanmasına” qarşı ən böyük sanksiyalar paketini təqdim edir.Reuters xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi G7 xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşündən əvvəl bildirib. Onun sözlərinə görə, sanksiyalar Qərbin Rusiya neftinin tədarükünə qoyduğu məhdudiyyətlərdən yan keçməyə çalışan 30 gəmiyə qarşı yönəlib.Yeni tədbirlər Böyük Britaniyanın sanksiyaları altında olan neft tankerlərinin sayını 73-ə çatdıracaq. Sanksiyalar Rusiyanın iki sığorta şirkətinə: Alfastrakhovanie və VSK-ya təsir edib.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Oqtay Rzanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib
İran və Azərbaycan arasında birgə hərbi təlim başlayıb