AZ

Nikita Juravel “Quran”ı yandırmaqda təqsirli bilinib..?

Volqoqrad vilayət məhkəməsi əvvəllər “Quran”ı yandırmaqda təqsirli bilinən Nikita Juraveli 13 il 6 ay müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. İstintaqın məlumatına görə, tələbə messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb və kömək təklif edib.

Kuratorun xahişi ilə o, hərbi texnikanın, eləcə də hərbi təyyarələrin olduğu qatarın videosunu göndərib. Eyni zamanda, ilk sorğu-sualda Juravel onu məhz döyüş təyyarələrinin çəkilişinə görə saxladığını təklif edib.

Qeyd edək ki, İşə Dmitri Tulenkovun sədrlik etdiyi üç hakimdən ibarət kollegiya baxıb.

İlk məhkəmənoyabrın 14-də bağlı qapılar arxasında keçirilib və bir saat yarım davam edib.

Ertəsi gün, noyabrın 15-də proses iki saatdan çox çəkib, bundan sonra üçüncü iclas noyabrın 25-nə təyin olunub.

Cinayətlərin məcmusuna əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə, ardınca 1 il müddətinə azadlığının məhdudlaşdırılması ilə cəzalandırılıb.

Xatırladaq ki, fevralda Qroznı məhkəməsi onu 3,5 il müddətinə azadlıqdan məhrum edib. Juravel xuliqanlıqda və dindarların hisslərini təhqir etməkdə ittiham olunurdu; O, təqsirini qismən etiraf edib.

Əli Babayev

Seçilən
7
2
sia.az

10Mənbələr