La Liqa klublarından “Real Madrid” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Vinisius Junior zədə səbəbindən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçunun dekabrda keçiriləcək Klublararası Dünya Çempionatına kimi zədəsini sağaldacağı bildirilib.
Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm “kral klubu” ilə çıxdığı 13 rəsmi matçda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qvardiola üçün antirekord
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Premyer Liqa klubunda ayrılıq
“Napoli” “Roma”nı da məğlub edib
“Liverpul”dan növbəti qələbə, Amorimin debütü uğurlu alınmayıb