AZ

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10.1% artaraq 1 milyard 146,3 milyon manat olub.
Bu barədə APA-ya Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 375 milyon 872 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6% çoxdur.
Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 149 milyon 295 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6% çoxdur.
Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Cari ilin yanvar-sentyabr aylarında Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 143 milyon 428 min manat olub ki, bu da 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 62.7% çoxdur.
Qeyd edək ki, kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi (62.1% artım) və Suraxanı (22.3% artım) rayonlarında, azalma faizi isə Xəzər (9.1% azalma) rayonunda qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib:
Seçilən
28
12
oxu.az

10Mənbələr