AZ

“Azərbaycana qarşı davamlı şəkildə aparılan qarayaxma kampaniyası var” - ŞƏRH OLUNDU

“Təəssüf ki, Avropada erməni xüsusi xidmət orqanları və erməni şəbəkəsinin dəstəyi ilə Azərbaycan əleyhinə təbliğat aparan qruplar formalaşıb, onlar hətta Avropada yerləşən müxtəlif QHT şəbəkələrinə də nüfuz edə bilib. Bu qruplar anti-Azərbaycan qrupları olaraq Ermənistan xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir, onlara vaxtaşırı maliyyə və tezislər ötürülür. Həmən qrup Azərbaycana qarşı Avropa və beynəlxalq mediada mütəmadi və davamlı kampaniya və qarayaxma kampaniyası təşkil edirlər. Bu şəbəkə Azərbaycandan olan vətəndaşları da öz təsir dairəsinə salmaq, onların vasitəsi ilə öz təsirlərini həyata keçirmək məqsədi güdürlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, ayıq olmayan və bu hiylədən xəbəri olmayanlar bəzən bu qrupların təsiri altına düşür: “Xüsusən Avropada yaşayan azərbaycanlılar arasında bu qrupların təsiri altına düşən həmyerlilərimiz var.
Bu beynəlxalq və Ermənistandan, erməni lobbisindən qidalanan şəbəkə Avropalıları, Avropa məkanında jurnalist və ictimai şəxsləri, araşdırmaçıları da təsir altına salmışlar. Hətta bəzi bu cür Avropa təşkilatları və şəbəkələri var ki, onların idarə heyəti və üzvlərinə nəzər salarkən orada xeyli sayda ermənilərin olduğu üzə çıxır. Azərbaycana qarşı davamlı şəkildə aparılan qarayaxma kampaniyası, ölkəmizin uğurlarının beynəlxalq səviyyədə gözdən salınmasında bu şəbəkənin müstəsna xidmətləri var. Onlar Avropa media şəbəkələrinə dezinformasiya ötürərək təşkil olunmuş şəkildə bu işləri həyata keçirir, Avropada Azərbaycanı gözdən salmağa çalışırlar. Xüsusən Fransa, Almaniya, Niderland, İsveçrədə onlar mövcuddur və orada bir biri ilə sıx əlaqədədirlər, geniş məlumat mübadiləsi həyata keçirirlər. Onlar hətta Avropada ölkəmizə qarşı sağlam münasibət göstərən qüvvələrə də bu vasitələrlə təsir etməyə çalışırlar. Onları zamanında ifşa edənlər olsa da, onların təsir dairəsinə düşənlər və davamlı sosial media üzərindən ölkəmizə qarşı kampaniya aparanların şahidi oluruq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
33
sia.az

1Mənbələr