AZ

JPMorgan: Süni intellekt iş həyatını dəyişdirəcək

JPMorgan Chase-in baş direktoru Jamie Dimon, süni intellektin gələcəkdə insan həyatına təsiri barədə optimist fikirlər irəli sürüb.

FED.az xəbər verir ki, Dimonaa görə, süni intellekt iş həyatını köklü şəkildə dəyişərək iş həftəsini 3,5 günə qədər azalda və eyni zamanda insanların orta ömür müddətini 100 ilə çatdıra bilər. 

Dimon, süni intellektin iş dünyasında məhsuldarlığı artıraraq işçi vaxtının əhəmiyyətli hissəsini avtomatlaşdıracağını vurğulayıb. McKinsey-in araşdırmasına əsasən, bu texnologiyalar işçilərin hazırda vaxtının 60-70%-ni alan vəzifələri avtomatlaşdıraraq dünya iqtisadiyyatına hər il 2,6-4,4 trilyon dollar əlavə edə bilər. 

Buna baxmayaraq, süni intellektin bəzi iş yerlərini yox edəcəyi ilə bağlı narahatlıqlar var. Goldman Sachs-ın hesabatında bildirilir ki, bu texnologiya səbəbindən dünya üzrə 300 milyon iş yeri təhlükə altındadır. Dimon, JPMorgan-da süni intellektin işləri avtomatlaşdırmasına baxmayaraq, təsirə məruz qalan işçiləri yeni vəzifələrə yönləndirməyə çalışacağını qeyd edib. 

Seçilən
31
fed.az

1Mənbələr