AzəriMed QSC Sosial Media Meneceri vakansiyası üzrə işə qəbul elan edir.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Vəzifə öhdəlikləri:
– Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
– Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
– Həftəlik/aylıq kontent planının hazırlanması;
– Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
– Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
– Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
– Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.
Namizədlərə tələblər:
– Ali təhsil;
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
– Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
– Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
– Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
– Yenilikləri və trendləri izləməli;
– Komandada işləmək qabiliyyəti;
– Kreativ və innovativ düşüncəli olmalı.
İş rejimi:
– İş qrafiki: Tam iş günü
– İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.
Əmək haqqı:
– Aylıq məvacib 600-800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sosial Media Meneceri” qeyd edərək [email protected] e-poçt ünvanına ya da (055) 455-58-70 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.
E-saglam.az