AZ

Bukingem sarayı BAĞLANIR

Bukingem sarayı 369 milyon funt sterlinqlik miqyaslı rekonstruksiya ilə əlaqədar olaraq növbəti üç il ərzində dövlət səfərləri üçün qapılarını bağlayacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ay baş tutacaq Qətər Əmirinin səfəri zamanı ziyarət sonuncu olacaq, bundan sonra 2027-ci ilədək bütün qalan dövlət səfərləri Vindzor qəsrində olacaq.

 

Rekonstruksiyaya 2017-ci ildə başlanılıb. Əsas diqqət yarım əsrdən çox müddətdə yenilənməmiş və “fəlakətli yanğın və ya daşqına” səbəb ola biləcək köhnəlmiş kabellərin və santexnik vasitələrinin dəyişdirilməsinə yönəlib.

 

Ehtimal olunur ki, davam edən işlər nəticəsində Kral III Çarlz şəxsi kabinetini şimal qanadına köçürüb. İndi onun yeni ətrafı monarxın 1948-ci il noyabrın 14-də dünyaya gəldiyi Orlean otağını əhatə edir. Dostlarından biri “The Times”a deyib: “O, həmişə tarixin əhəmiyyətini dərk edir və Orlean otağında yerləşmək qərarı təbəssümsüz qəbul edilməyib. Kral dünyaya gəldiyi otaqda dövləti vəzifələrini yerinə yetirməyin zərifliyindən həzz alacaq”.

 

III Çarlz sarayın şimal qanadındakı otaqların yenidən qurulması xərclərini şəxsən ödəməyə qərar verib, qalan xərclər isə dövlət vəsaitlərindən götürüləcək.

Seçilən
16
modern.az

1Mənbələr