AZ

Qrip və COVID-19 ilə mübarizədə yeni üsul - Xüsusi qab hazırlandı

Mütəxəssislər su və içkiləri dezinfeksiya edəcək bakterisid qablar hazırlayıblar.

Milli.Az xəbər verir ki, təklif olunan qabların effektivliyi ondan ibarətdir ki, o, mis və gümüş ionları ilə onların maksimum birgə antimikrobiyal və bərpaedici təsirinə nail olan müxtəlif məhlullar əldə etməyə imkan verir.

"Mis, antimikrobiyal xüsusiyyətlərə əlavə olaraq, 500-dən çox patogen mikroorqanizmlərlə mükəmməl mübarizə aparır və immunomodulyator, bakterisid, bakteriostatik, antiviral və antifungal xüsusiyyətləri ilə tanınır. Eyni zamanda antiseptik təsir göstərir", - bakterisid qabların ixtiraçısı, texnika elmləri namizədi Aleksandr Tixonov deyir.

Üstəlik, gümüş ionları, məsələn, penisilin, biomisin və digər antibiotiklərdən daha güclü antimikrobiyal təsir göstərir. Bu o deməkdir ki, bu cür qablar müəyyən dərəcədə bu güclü dərmanları əvəz edə bilər, hansı ki, artan sayda mikroblar həssaslaşır.

Belə nəticələrə nail olmaq üçün mayeni ən azı 1/10000 nisbətində gümüş və mis ionları ilə doyurmaq lazımdır. Bakterisid qablar, onların istehsalının xüsusi texnologiyası sayəsində bunu etməyə imkan verir. Bunu etmək üçün, 0,2 litr həcmli bir konteyner (polad, alüminium və ya digər materialdan hazırlana bilər) götürüb tamamilə mis ilə örtmək lazımdır. Alt və aşağı daxili səthə gümüş örtük vurulur. Sonra ona içməli su, limon turşusu məhlulu (100 mq/l), mineral su və ya başqa maye tökülür. Və orada müəyyən saat saxlanılır. Məsələn, içməli su - 12-24 saat, limon turşusu və mineral su - 1-2 saat.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
3
milli.az

4Mənbələr