AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məmmədov Konfrans Liqasının Liqa mərhələnin 4-cü turu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq. “Dinamo” – “Kopenhagen” matçına saat 21:45-də start veriləcək.
Xatırladaq ki, Minsk “Dinamo”su UEFA-nın Belarus klublarına sanksiyası səbəbindən Avropa Konfrans Liqasının Liqa mərhələsindəki ev oyunlarını Sumqayıtda keçirir.
