AZ

Birinci yeri tutan gimnast: Daxili yarışlar özümüzü inkişaf etdirməyimizdə böyük rol oynayır

"Daxili yarışlar özümüzü inkişaf etdirməyimizdə böyük rol oynayır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Dəniz Əliyeva qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinin mükafatlandırma mərasimindən sonra deyib.

Çoxnövçülük proqramı üzrə birinci yeri tutan idmançı yaxşı nəticə göstərmək üçün çox çalışdığını bildirib: "Yarışa hazırlıqlarımız yaxşı keçmişdi. Rəqiblər də güclü idi. Burada yaşından və nəticəsindən asılı olmayaraq bütün gimnastların potensialı yüksəkdir. Hamı medal qazanmaq üçün çalışırdı. Düşünürəm ki, medallarımın sayı daha çox ola bilərdi. Fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün çox sevincliyəm".

Qeyd edək ki, ölkə çempionatına noyabrın 26-da yekun vurulacaq. Son yarış günündə idmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda qüvvələrini sınayacaqlar.

Seçilən
37
yeniazerbaycan.com

1Mənbələr