Rusiyada "Quran"ı yandırmaqda təqsirli bilinən Nikita Juravelə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "V1" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hökmə əsasən Nikita Juravel 13 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rusiya Federasiyası Baş Prokurorluğunun məlumatına görə , ötən ilin martında Juravel öz təşəbbüsü ilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndələri ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. Gənc SBU-ya Rusiya hərbi texnikasını daşıyan qatarın videosunu göndərib, həmçinin hərbi hissələrdən birinə xidməti maşının hərəkəti barədə məlumat verib.
Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb. Dindirilmə zamanı o, bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pul üçün etdiyini etiraf edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta