AZ

Evin divar kağızlarını neçə müddətdən bir dəyişdirmək lazımdır?


Mənzillərdə divar kağızları sağlamlıq üçün zərərli maddələr mənbəyidir.

“Medicina” xəbər verir ki, bioloq Mariya Zolotareva “oboy”ların neçə vaxtdan bir dəyişdirilməsindən danışıb.


“Köhnə, kifli divar kağızlarında formaldegid adlı maddə var.

Belə ki,divar kağızını yapışdırmaq üçün istifadə edilən yapışdırıcı maddələr sonradan formaldegid adlı maddə hasil edir.

Bu maddənin uzun müddət təsirindən sağlamlığa ciddi zərərlər dəyir: allergiya, bronxit, respirator xəstəliklər, dəri, göz və s.

Xüsusən hamilə və uşaqlara bu evdə yaşamaq təhlükəlidir.

Formaldegid potensial kanserogen maddədir.

Köhnə divar kağızlarında kif göbələyi də yaranır

Pis havalandırma və rütubətlilik şəraitində zərərli kif göbələyi və mikroorqanizmlər də sürətlə artır.

Kif göbələyi mikotoksinlər ifraz edir,onlar da burun-boğazla tənəffüs yollarına keçərək, allergiya, astma, qaşınma,öskürək yaradır.


Köhnə və keyfiyyətsiz diva kağızlarında qurğuşun və ağır metallar da ola bilər ki, onlar reproduktiv sistemə. sinir sisteminə , böyrəklərə təsir edir, uşaqların inkişafının qarşısını alır.


Köhnə divar kağızlarını dərhal dəyişin, rütubətli evlərdə divar kağızları 5 ildən bir dəyişilməlidir. Keyfiyyətli divar kağızı və yapışdırıcı istifadə edin”.


Aygün Musayeva

Seçilən
25
1
medicina.az

2Mənbələr