Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayonunun Əliabad kəndində seçicilərlə görüşü keçirildi.
XALQ.AZ məlumat verir ki,öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Daha sonra Millət Vəkili seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Ümumi tərkibli görüşün ardınca Şəhidlər Piriyev Malik Zəkulla oğlunun, Şahmarov Elvin Malik oğlunun, Kərimov Səməd İkram oğlunun, İsayev Rahət Rafət oğlunun ailəsi ziyarət edildi.