İsrail və Livan hərbi əməliyyatları dayandırmaq üçün şərti olaraq razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin hərbi-siyasi kabineti sazişin şərtlərinə noyabrın 26-da baxacaq.
Saziş sövdələşmənin icrasına nəzarət etmək və pozuntuların aradan qaldırılması üçün ABŞ-ın rəhbərlik etdiyi nəzarət komitəsinin yaradılmasını nəzərdə tutur.
Razılaşmanın şərtlərinə görə, İsrail ABŞ-la məsləhətləşdikdən sonra və Livan ordusunun təhlükəni aradan qaldırmayacağı təqdirdə hərbi əməliyyatlara əl ata biləcək.