AZ

Qasırğa qatarların hərəkətinə maneə yaradıb

“Bert” qasırğası Fransada dəmir yolu hərəkətində məhdudiyyətlərə səbəb olub.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, SNCF dəmir yolu şirkəti elektrik qatarları reyslərinin ləğvi və yüksəksürətli qatarların hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

Güclü küləklə əlaqədar ölkənin mərkəzi və şərq rayonlarında yerləşən doqquz departamentdə narıncı hava təhlükəsi səviyyəsi elan olunub. Meteoroloqların məlumatına görə, bölgədə küləyin sürəti saniyədə 33 metrə çata bilər.

Xatırladaq ki, sulu qar və güclü küləklə müşayiət olunan “Bert” qasırğası indiyədək Böyük Britaniya və İrlandiyada beş nəfərin həyatına son qoyub.

Seçilən
15
avtosfer.az

1Mənbələr