AZ

Vüqar İskəndərov: “COP29 üçün süni maneələr yaratmaq cəhdləri boşa çıxdı”

Artıq daha bir tarixi proses arxada qaldı. Azərbaycan COP29-a yüksək səviyyəli ev sahibliyi etməklə daha bir tarix yazdı. Azərbaycan həm də bir daha üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirmək nümunəsi sərgilədi. Bütün manelərə baxmayaraq, Azərbaycanın ev sahibliyiı ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Lakin təəssüf ki, biz bunu Qərb barədə deyə bilmərik.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu:

“Bəlli olduğu kimi COP29 ərəfəsində C.Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Bu hal sonrakı proseslərdə də özünü göstərdi. Qərb COP29-da əsas hədəflərdən diqqəti yayındıraraq, öz qaranlıq məqsədlərini reallaşdırmağa çalışdı”.

Millət vəkili deyib ki, maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı da məhz Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir:

“O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi. Bundan başqa, təsadüfi deil ki, COP29-da Aİ-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu”.

V.İskəndərov əlavə edib ki, bütün bunlara baxmayaraq, bəlli qüvvələr məğlub duruma düşdülər:

“Beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. Yən çəkinmədən demək olar ki, COP29-da 300 mlrd. dollar maliyyə hədəfi, həqiqətən, tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı”deyə millət vəkili qeyd edib.

Seçilən
22
1
turanpress.com

2Mənbələr