“Qarabağ”ın futbolçusu Olavio Juninyo bu günlərdə ad gününü qeyd edib.
Noyabrın 21-i braziliyalı forvardın 28 yaşı tamam olub.
“Köhlən atlar”ın azarkeşlərinin sevimli futbolçusu və qol ümidi xüsusi gününü təmtəqarla qeyd etməyib. Nə Bakıdakı braziliyalı dostlarına, nə də komanda yoldaşlarına ehtiyac duyub.
O, həyat yoldaşı və körpə qızı ilə birlikdə yaşadığı yerə yaxın olan Ağ Şəhərə yollanaraq oradakı “Naşa Daça” restoranında qonaq olub.
Restoranın kollektivi Juninyonun ad gününün olduğunu bilincə, onun üçün tort göndərib, futbolçunu ayaq üstə alqışlayıblar.
Üç nəfərdən ibarət ailə səbəbkarın doğum gününü sadə formada tarixə yazıb.
HƏBİB / SPORTİNFO.AZ