AZ

“Quran”ı yandırıb, dövlətə xəyanət edən şəxsin cəzası bilindi - FOTO

Rusiyada "Quran"ı yandırmağa görə 3,5 il həbs cəzası alan Nikita Juravlyov dövlətə xəyanət cinayətinə görə də təqsirli bilinib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Juravlyov dövlətə xəyanət cinayətinə görə, 13 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Cinayətlərinin məcmusuna əsasən, o, cəzasını ciddi rejimli koloniyada çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın versiyasına görə, Juravlyov messencer vasitəsilə fəal şəkildə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. 2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
37
milli.az

1Mənbələr