AZ

Günəşdə partlayış baş verdi

Rusiyanın Tətbiqi Geofizika İnstitutu 25 noyabr tarixində Günəşdə güclü partlayışlar qeydə alındığını bildirib.   Manset.az xəbər verir ki, yerli vaxtla saat 10:42-də baş verən partlayışın gücü M9.4 olaraq ölçülüb və təxminən 34 dəqiqə davam edib. Həmin gün daha iki, müvafiq olaraq M1.1 və M1.8 gücündə partlayışlar da qeydə alınıb.

Qeyd edək ki, Günəşdə baş verən partlayışlar, yəni parlaqlıqların birdən-birə artması, rentgen şüalarının gücünə görə A, B, C, M və X kimi beş sinfə ayrılır. Bu sinifləndirmədə hər növbəti hərf əvvəlkindən 10 dəfə daha güclü partlayışa uyğun gəlir. Məsələn, A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya bərabərdir.

Seçilən
21
manset.az

1Mənbələr