AZ

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına 4 milyard manat ayrılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında  Qarabağın bərpasına ayrılacaq vəsait açıqlanıb.

XALQ.AZ məlumat verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyard manat həcmində vəsaitin ayrılacaq.

Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icra olunması 2025-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən əsas götürülüb. Belə ki, “Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Strategiya”nın prioritetlərinə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr olaraq qarşıya qoyulub.

Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində təklif olunan 41367,7 milyon manat xərclərin üçdə ikisi və yaxud 27691 milyon manatı məhz yuxarıda qeyd olunan prioritet istiqamətlərin maliyyələşdirilməsi üçün ayrılacaq. O cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.

Seçilən
23
xalq.az

1Mənbələr