AZ

Xərçəngə səbəb olacaq qidalar

Əksər insanlar xərçəng xəstəliyinə tutulmamaq üçün yediyi, içdiyi qidalara fikir verir. 

Bəzi insanlar elə bilir ki, bahalı qida istehlak etsə o xərçəngə yoluxmayacaq. 

Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, onkologiyanın inkişafına səbəb olan ilk məhsul -emal edilmiş ətdir:

 "Kolbasa, konserv və buna bənzər qidalar təhlükəlidir. Mikrodalğalı sobada partladılan qarğıdalı dənələri yüksək dərəcədə kanserogen ehtiva edir. Xüsusilə, qadınlarda 
yumurtalıq, böyrək, qaraciyər kimi orqanlarda xərçəng riskini artırır. Süni dadlandırıcılar təhlükəli qidalar siyahısına daxildir. Xərçəng riski, həqiqətən, işlənmiş qida istehlak edənlər arasında 9% daha çoxdur. Xüsusilə, zərərli olanlar yağlı, ət məhsulları, souslar, ədviyyatlar və sodadır".

Sevinc

Seçilən
35
hit.az

1Mənbələr