Bakı. Trend:
Bakıda keçirilən COP29 başa çatdı. 12 gün davam edən busessiya iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bir sıra vacibrazılaşmaların əldə olunması, dövlətlər və şirkətlər arasındamüxtəlif sazişlərin bağlanması ilə yadda qaldı. Əldə olunan müsbətnəticələr həm də respubilkamızın COP29-a sədrliyinin uğurlarıoldu.
Bu barədə bəhs etməzdən öncə onu qeyd etməliyik ki, COP29birinci növbədə ən yüksək səviyyədə təşkilatçılığı ilə yadda qaldı.Vaxtilə Bakıda keçirilmiş digər beynəlxalq tədbirlər zamanı olduğukimi, ölkəmiz bu dəfə də təşkilatçılıq baxımından nümunə göstərdi.Bu barədə qəzet və televiziyalarda, xəbər saytlarında çox saylıinformasiyalar verildi. Hazırlıq işləri isə bir ildən də az vaxtdahəyata keçirilmişdi. Prezident İlham Əliyevin sosial şəbəkəhesablarındakı paylaşımında qeyd etdiyi kimi, müddətin qısaolmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədəkeçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nailoldu.
Bakıya gələn xarici qonaqlar jurnalistələrə verdikləriaçıqlamalarda Azərbaycanın ev sahibliyini, ümumiyyətlə, bütüntəşkilatçılığı və kommunikasiya məsələlərini yüksəkqiymətləndirdilər, başqa ölkələrdə görmədikləri qonaqpərvərlikləqarşılandıqlarını qeyd etdilər. Habelə xarici qonaqlar Bakınıngözəlliyinə, Azərbaycan mətbəxinə heyran olduqlarını bildirdilər.Ölkəmizə gələn xarici vətəndaşlar həm də Azərbaycanın inkişafı, 44günlük Vətən müharibəsinin nəticələri, xalqımızın tarixi zəfəri ilədaha yaxından və obyektiv şəkildə xəbərdar oldular. Əlbəttə, bunlardövlətimizin böyük uğurlarıdır. Bu baxımdan COP29 Azərbaycanınnailiyyətlərinin dünyada təbliğ edilməsində və tanıdılmasında böyükrol oynadı.
İkincisi, COP29 ölkəmizin antiazərbaycançı və ermənipərəstdairələr üzərində daha bir möhtəşəm qələbəsi oldu. Məlum olduğukimi, COP29-un respublikamızda keçirilməsi barədə qərar qəbulediləndən sonra Qərbdəki antiazərbaycançı dairələr Azərbaycanaqarşı yeni qarayaxma kampaniyasına başlamışdılar. Onlar vaxtaşırıAzərbaycan əleyhinə açıqlamalar verir, Avropa Parlamentindəölkəmizlə bağlı qərəzli sənədlər qəbul edir, dövlət və hökumətbaşçılarını COP29-da iştirak etmək üçün Bakıya getməməyəçağırırdılar. Bu da onların Azərbaycanın 44 günlük müharibədəkizəfəri ilə barışa bilməmələrindən və COP29-un ölkəmizdəkeçirilməsinə qarşı çıxmalarından irəli gəlirdi. 1 ilə yaxın idiki, erməni lobbisinin təsiri altında olan avropalı siyasətçilər özaçıqlamalarında riyakarcasına bu tədbirin ölkəmizdə keçirilməməsiilə bağlı çağırışlar edir, Azərbaycanın uğurlarına kölgə salmağaçalışırdılar.
Antiazərbaycançı dairələr ən iyrənc formalarda vəmənəviyyatsızcasına ölkəmizə qarşı hibrid müharibə aparsalar da,onların qərəzli niyyətlərinin heç biri baş tutmadı. COP29 tarixdəən yüksək səviyyədə təşkil olunmuş COP sessiyalarından biri kimiqaldı. Bu tədbirdə iştirak etmək üçün Bakıya 80 dövlət və hökumətbaşçısı gəldi. Bu, həm Prezident İlham Əliyevə, həm də Azərbaycanaolan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76mindən çox iştirakçı COP29-da iştirak etdi. Bir sözlə,genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasınabaxmayaraq, Azərbaycan bu sınaqdan üzüağ alnıaçıq çıxdı.Antiazərbaycançı dairələrin COP29-la bağlı bütün planları iflasauğradı.
Bütün dünyada narahatlıq doğuran iqlim dəyişiklikləri böyükekoloji təhdidlər yaratmaqdadır. Bəşəriyyət artıq bir neçəonilliklərdir ki, bu təhdidlərin olduqca ağır nəticələri ilə qarşıqarşıyadır. Azərbaycan da iqlim dəyişikliyinin yaratdığı fəsadlarlaüzləşir. Lakin məmnunluqla qeyd etməliyik ki, Azərbaycan buproblemə qarşı mübarizəyə mühüm töhfələr verən, «yaşıl enerji» iləbağlı nümunələr yaradan dövlətlər sırasında yer alır.Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilənpanel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi. Bu daöz növbəsində Azərbaycan üçün «yaşıl enerji» sahəsində yeniəməkdaşlıqlar baxımından mühüm prespektivlər vəd edir.
COP29-da əldə olunan razılaşamalara gəldikdə, əvvəlcə onu qeydetmək istərdim ki, bundan əvvəl keçirilmiş COP sessiyalarında iqlimfəsadları ilə bağlı müzakirələr aparılsa da, əsas problemlərətrafında müsbət nəticələr əldə etmək mümkün olmamışdı. Bu baxımdanölkəmizdə keçirilən sessiya əvvəlkilərlə müqayisədə fərqləndi vəBakıda iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində vacibrazılaşmalar əldə edildi. Bunlardan biri İqlim üzrə Paris sazişinin6-cı maddəsinin tam razılaşdırılmasıdır. Bunu böyük tarixi uğur daadlandıra bilərik. Çünki 10 il idi ki, bu maddə üzrə aparılandanışıqlar heç bir nəticə vermirdi. Bu da iqlim dəyişiklikləri iləmübarizəyə əlavə vəsait cəlb edilməsinə maneçilik yaradırdı. Artıqbu maneçilik Bakıda aradan qaldırıldı.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri Bakı MaliyyəMəqsədi barədə razılığın əldə olunmasıdır. Bu razılıq inkişaf etmişölkələr tərəfindən 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsiüçün qarşıya yeni qlobal öhdəlik qoyur. Buraya əvvəlki 100 milyardABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞdolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Müzakirələrilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. AncaqAzərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollaraqaldırıldı. Bu, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrininfəsadları ilə daha intensiv mübarizə aparmaqda kömək edəcək.
Bakıda əldə olunan razılaşmalardan və COP29 Sədrliyinin əsasuğurlarından biri iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə İtkivə Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsidir. Fondun2025-ci ildən tam fəaliyyətə başlaması planlaşdırılır. Fondaiştirakçı ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmiisə 730 milyon ABŞ dollarından artıqdır.
Göründüyü kimi, COP29-da iqlim tədbirləri üzrə bir neçəprioritet istiqamətdə müsbət nəticələr əldə edildi. Prezident İlhamƏliyev sosial şəbəkə hesablarındakı paylaşımında COP29-unnəticələri barədə deyib: "Mən Bakı nailiyyətini çoxtərəfliliyintəntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüşnöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlimfəaliyyətinə müsbət təsir göstərəcək".
Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv fəaliyyətnəticəsində əldə edilmiş irəliləyişlər bütün proqnozları üstələdi.Bütün bunlar Azərbaycanın diplomatiyasının tarixi uğurlarıdır.Ölkəmiz COP29-a uğurla ev sahibliyi etdiyi kimi, iqlimdəyişiklikləri ilə qlobal mübarizənin daha sürətlə həyatakeçirilməsinə də layiqli töhfələr verdi. Bütövlükdə, COP29Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti qlobaluğuru oldu.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı