AZ

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

Dövlət Gömrük Komitəsi (DGK) "Azəri Med" şirkətini inzibati məsuliyyətə cəlb edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnizbati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

"Azəri Med" şirkəti tibb sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən hesab edilir. 

Şirkətin sahibi kimi deputat Kamaləddin Qafarovun adı çəklilir. İndiyədək bu iddialar təkzib edilməyib. 

Hüseyn

Seçilən
28
valyuta.az

1Mənbələr