AZ

Şimali Koreya zavid tikir

Şimali Koreya bərk yanacaqla işləyən “Hwasong-11” ballistik raketlərinin yığılacağı güman edilən zavodu genişləndirir.

 

Bu tip silahlar Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiyaya verilir.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə Reuters xəbər verir.


Söhbət KXDR-in ikinci böyük şəhəri Hamhungda yerləşən 11 fevral zavodu kimi tanınan obyektdən gedir. Jurnalistlərlə müsahibə verən ekspertlər bildiriblər ki, bu, bu tip raketləri yığmaq üçün məlum olan yeganə istehsal müəssisəsidir.

Planet Laboratoriyasının peyk görüntülərinə görə, zavodda raketlərin yığılması üçün istifadə olunacaq bina tikilir. Yeni binanın ölçüsü silahların istehsal olunduğu əvvəlki binanın 60-70 faizi qədər ola bilər. Həmçinin zavodun ərazisində gələcək kadrlar üçün daha bir yaşayış binası tikilir və kompleksin yeraltı qurğularına girişlər təchiz edilir.

Cənubi Koreyanın peyk görüntüləri ilə məşğul olan SI Analytics şirkətinin tədqiqatçıları Reuters agentliyinə zavodda aktiv tikinti işlərinin aparıldığını təsdiqləyiblər. Onlar həmçinin bildirirlər ki, “11 fevral” zavodunun yanında yerləşən başqa bir yerdə də tikinti gedir. Orada ballistik raketlər üçün yanacağın istehsal olunduğu güman edilir.

 

Nigar

 

Seçilən
23
oxu24.com

1Mənbələr