AZ

Florentino Peres ÇL-in cari tərtibatını tənqid etdi

“Real”ın prezidenti Florentino Peres Çempionlar Liqasının cari mövsümdən etirabarən tətbiq edilmiş yeni tərtibatı tənqid edib.

Arena.az “Madrid Zone” dərgisinə istinadən, ispan məmurun bu barədə fikrini təqdim edir:

“Çempionlar Liqasının yeni yeni tərtibatı fəsadları həll etmədi. Bu, ədalətsiz bir sistemdir. UEFA oyunların sayını artırdı, amma onların dəyəri əvvəlkindən daha az oldu”, deyə Peres bildirib.

Əlavə edək ki, Florentino Peres Avropa Super Liqasının əsas fikir müəlliflərindən biridir. O, həmfikirləri ilə birlikdə müvafiq yarışın təsisinə çalışır.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. Əvvəllər klublar hər biri 4 komandadan ibarət 8 qrupda hər biri 6 oyun keçirməklə, növbəti, ələmə mərhələsinə vəsiqə uğrunda yarışırdılar. Cari mövsümdə isə 36 komanda ümumi Liqa mərhələsində İsveçrə sistemi əsasında ələmə mərhələsinə vəsiqə uğrunda mübarizə aparır.

2024/2025-ci illər mövsümü Çempionlar Liqasının final oyunu 2025-ci ilin may ayının 31-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək.

Seçilən
60
arena.az

1Mənbələr