AZ

"Qalatasaray"ın futbolçusu zədələndi

Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Kaan Ayhan zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, o, Superliqanın XIII turunda "Bodrumspor"a qarşı keçirilən matçda sıradan çıxıb.

Seçilən
10
7
bakivaxti.az

9Mənbələr