AZ

İspaniya futbolunun tarixinə düşdü

İspaniya çempionatının “Alaves” ilə matçı Dieqo Simeone üçün əlamətdar olub.

O, “Atletiko”nun baş məşqçisi kimi komandanı 700-cü oyuna çıxarıb. Yubiley matçı “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə nəticələnib. Simeone bu komandanın başında 700 oyunda sınaq verməklə İspaniya futbolunun tarixinə düşüb.

Argentinalı mütəxəssis paytaxt klubuna 2011-ci ildə təyinat alıb. “Atletiko” onun rəhbərliyi altında 413 qələbə qazanıb, 156 dəfə rəqibləri ilə heç-heçə edib, 131 matçda isə məğlub olub.

Seçilən
24
football-plus.az

1Mənbələr