AZ

Putin yeni vəzifə yaratdı

Rusiya prezidenti Vladimir Putin beynəlxalq cinayət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi vəzifəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İlya Roqaçevə həvalə edib. 

"Unikal" xəbər verir ki, Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Roqaçev 1984-cü ildən diplomatik fəaliyyətdədir. O, nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb. 2004-2009-cu illərdə BMT-nin Nyu-Yorkdakı daimi nümayəndəsinin müavini olub. 2009-2019-cu illərdə Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin iyulundan 2024-cü ilin sentyabrına qədər Rusiyanın Cənubi Afrika Respublikasındakı (RSA) səfiri olub. Həmin illərdə o, Rusiyanın Lesoto Krallığında səfiri vəzifəsində yarımştat işləyib.

Seçilən
20
17
unikal.az

10Mənbələr