AZ

Müharibə daha kəskin mərhələyə keçir! Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir?

Yaxın zamanlarda ABŞ Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya Qərb istehsalı raketlərdən istifadəyə icazə verdi. Bundan sonra Rusiyanın hərbi obyektləri, strateji nöqtələri artıq Ukrayna tərəfdən vurulur. Rusiyanın da cavab zərbələri çox sərtdir. Müharibənin daha da qızışacağı gözlənilir. Hətta qarşılıqlı olaraq nüvə təhdidləri səslənir. Bəs belə olan halda Rusiyada yaşayan azərbaycanlılarla bağlı hər hansı problem yaşana bilər? Müharibə daha da genişlənərsə, onların Azərbaycana kütləvi şəkildə dönüşü gözlənilirmi?  

Mövzuyla bağlı Sitat.info-ya danışan deputat Arzu Nağıyev deyib ki, Rusiya vətəndaşı olub-olmamasından aslı olmayaraq müharibə genişlənərsə, bu hər kəsə təsir edəcək: "Təbii ki, müharibə gedən ərazidə yaşayanlar istər vətəndaş olsun, istər vətəndaş olmayan şəxs olsun, birbaşa onlara təsiri olacaqdır".

Deputat hesab etmir ki, müharibə daha böyük miqyas alacaq: "Lakin buna baxmayaraq, həm Ukrayna tərəfdə, həm də Rusiya tərəfdə Azərbaycan millətindən olanlar vuruşur. İkinci məsələ isə odur ki, neçə ildir  müharibə gedir. Səfərbərlik elan olunsa, Rusiyanın harasında yaşamasından aslı olmayaraq hamı çağrıla bilər".

Fatima Zeynal,

Sitat.info

Seçilən
45
sitat.info

1Mənbələr