AZ

Səfiyarlı dedi, Həmzəyev yaxasını kənara çəkdi: “Kim deyir ki, mən “Olimpiya”ya baxıram?”

“Qəbələ” evdə “Olimpiya”nı 20:0 hesabıyla məğlub etdi. Nəzərə alsaq ki, Ağcabədi komandası yeni yaranıb, heç Region Liqasında da debüt etməyib, hesabı hardasa anlamaq olur.

Bəs indiki məqamda “Qəbələ” kimi güclü kluba qarşı oynamaq, futbolçuları mənəvi cəhətdən “sındırmaq” nəyə lazım idi? Birinci və ikinci liqalarda o qədər zəif komandalar var ki...

Bu məsələ ilə maraqlanarkən “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq.

Məlum oldu ki, Ağcabədi təmsilçisi özü “Qəbələ”yə təklif göndərib, oynamaq istəyib. Danışıqları da ƏfqanHəmzəyev aparıb:

“Bizə zəng elədi, dedi ki, “Olimpiya”ya mən baxıram”.

Belədə sabiq FİFA referisi ilə əlaqə yaratmağa çalışdıq.

Həmzəyev isə “Football-plus.az”a klubdakı səlahiyyətini danaraq cavab verməkdən boyun qaçırdı:

“Kim deyir ki, mən “Olimpiya”ya baxıram? O klubla yaxından-uzaqdan əlaqəm yoxdu”.


Belədə adam söz tapa bilmir. Nə deyəsən, nə danışasan?!

RÖYANƏ OĞUZ
Seçilən
28
football-plus.az

1Mənbələr