AZ

"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında mövsümü 8-ci pillədə başa vurub.

QOL.az xəbər verir ki, Krivotsyuk şəxsi İnstaqram hesabında paylaşım edərək mövsümü dəyərləndirib:

"2024 mövsümü bitdi. Vəzifəmizin öhdəsindən gəldik. Bunu necə bacardığımızı demək çətindir, amma birlikdə bacardıq. Mövsümboyu sizin dəstəyiniz əla idi. Siz buna layiqsiniz. Gəlin, növbəti mövsümə daha yaxşı hazırlaşaq və birlikdə hədəfə doğru irəliləyək. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan klubunda çıxış etməkdən fəxr hissi keçirirəm".

Qeyd edək ki, “Daejeon” 12 komandalı çempionatda 38 turdan sonra 48 xalla mövsümü 8-ci pillədə başa vurub.

Seçilən
29
teleqraf.com

1Mənbələr