AZ

“Qalatasaray”ın futbolçusu 1 ay meydanlardan uzaq qalacaq

Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Kaan Ayhan zədə səbəbindən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Yenicag.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, o, Superliqanın XIII turunda “Bodrumspor”a qarşı keçirilən matçda sıradan çıxıb./Report/

Seçilən
15
7
yenicag.az

9Mənbələr